Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Əhməd Cavadın nəticəsinə vəzifə verildi
sosial

Əhməd Cavadın nəticəsinə vəzifə verildi

20-12-2024 22:00 156 Baxış
IMG

Azərbaycan Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub.

 

Tvit.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

 

Bildirilib ki, Cavad Axundzadə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri, Əşrəf Qasım isə Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetində (BDU) bakalavr və magistr təhsili almış C.Axundzadə 2007-ci ildən əmək fəaliyyətinə başlayıb. İdman sahəsində 15 ildən çox iş təcrübəsi var. O, Azərbaycan şairi Əhməd Cavadın nəticəsidir.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.


Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış Ə.Qasım 2002-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda ictimaiyyətlə əlaqələr, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.