Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ölkədə bu komissiyasının yaradılması təsdiqləndi
sosial

Ölkədə bu komissiyasının yaradılması təsdiqləndi

20-12-2024 18:00 21 Baxış
IMG

Nazirlər Kabineti rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını təsdiqlənib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qaydalara əsasən, komissiyanın tərkibi 5 nəfərdən az olmamalıdır. Komissiya sədri rəqabət orqanının rəhbərinin müavini və müşaviri, aparatın rəhbəri və onun müavini, şöbə müdiri və onun müavini, sektor müdiri, regional (ərazi) bölməsinin rəhbəri, həmçinin qeyd edilən şəxsləri əvəz edən vəzifəli şəxslər ola bilər. Komissiyanın üzvləri rəqabət orqanının vəzifəli şəxslərindən ibarət olur.