AFFA "Şamaxı" və "Qarabağ" klublarını cərimələyib.
"Tvit.az" xəbər verir ki, Misli Premyer Liqasında III turun “Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimələnib.
Həmçinin sözügedən görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Qarabağ" klubu 1500 manat cərimələnib.