Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırıldı
idman

Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırıldı

19-12-2024 11:00 36 Baxış
IMG

Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.

"Tvit.az" AMADA-ya istinadən xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) yarışlardan diskvalifikasiya olunub.

Hər üç idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub. S.Əliyevada “furosemid”, G.Vəliyevada “methyltrienolon”, R.Xəlilovda isə “metandienone” aşkarlanıb.

S.Əliyeva yarışlardan iki, digər idmançılar isə dörd il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiya başlama tarixi bu il fevralın 16-sı göstərilib.

Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın isə 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib.

Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.