Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda bütün şagirdlərin psixometrik testdən keçməsi təklif olunur
sosial

Azərbaycanda bütün şagirdlərin psixometrik testdən keçməsi təklif olunur

19-12-2024 11:00 44 Baxış
IMG

“Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”.

"Tvit.az" xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib.

“Biz hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Biz təklif edəcəyik ki, direktorlar müraciət etsin, biz bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək”, - o vurğulayıb.

Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb: “Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq”.

Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.