Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan və Türkiyə rəqəmsal sənəd dövriyyəsinə keçəcək
sosial

Azərbaycan və Türkiyə rəqəmsal sənəd dövriyyəsinə keçəcək

13-12-2024 19:00 28 Baxış
IMG

2025-ci ildə Azərbaycan Türkiyə ilə rəqəmsal sənəd dövriyyələrinin inteqrasiyası planlaşdırılır.

 

Tvit.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyuçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimində çıxışı zaman qurumun sədr müavini Rəşad Xalıqov deyib.

 

Sədr müavini qeyd edib ki, kağızsız hökumət layihələri genişləndirilir:

 

"Azərbaycanın dövlət və özəl təşkilatları Türkiyədəki müvafiq qurumlara sənədləri elektron imza ilə təsdiq edərək göndərə biləcəklər. Kağızsız hökumət layihələrini genişləndiririk. Artıq bu il bir sıra dövlət orqanları tərəfindən "Kağızsız Hökumət" çərçivəsində layihələr həyata keçirilib. Məsələn, Elm və Təhsil Nazirliyinin yaratdığı portal vasitəsilə ali təhsil pilləsinə qəbul prosesi tamamilə rəqəmsallaşıb. Növbəti illərdə dövlət satınalmaları portalında, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işə qəbul portallarında "sıfır sənəd" prinsipi ilə proseslərin həyata keçirilməsi planlaşdırılır".