Bu gün İran-Türkiyə birgə təhlükəsizlik İşçi Qrupunun səkkizinci iclası Ankarada baş tutub.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüşdə tərəflər terrorçuluq, narkotik və silah qaçaqmalçılığı ilə mübarizə, sərhəd təhlükəsizliyinin təmin edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması məsələlərini müzakirə ediblər.
İclasda, eləcə də İnterpol vasitəsilə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Elmin Alışov