Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran: Hörmüz boğazının cənub-şərqində “F-16” qırıcı təyyarəsinə atəş açıldı
dünya

İran: Hörmüz boğazının cənub-şərqində “F-16” qırıcı təyyarəsinə atəş açıldı

27-11-2026 12:00 59 Baxış
IMG

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın F-16 qırıcı təyyarəsinin Hörmüz boğazının cənub-şərqində xəbərdarlıq atəşi ilə uzaqlaşdırıldığını iddia edib.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Bəyanatda bildirilir ki, ABŞ-a məxsus F-16 qırıcı təyyarəsi Hörmüz boğazını keçməyə çalışan gəmiləri müşayiət etmək və havadan qorunmaq missiyasını yerinə yetirərkən Henqam adasının cənub-şərqində İran hava məkanına yaxınlaşıb.


Bəyanatda həmçinin Hörmüz boğazında dəniz nəqliyyatının idarə olunması və nəzarətini tənzimləyən qaydaları pozmaq cəhdlərinin qəbuledilməz olduğu qeyd edilib və davam edən pozuntuların cinayətkar elementlər və onları dəstəkləyən hərbi qüvvələr üçün daha böyük itkilərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.


Elmin Alışov