Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial 2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq" - AYNA
sosial

2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq" - AYNA

09-10-2024 16:00 122 Baxış
IMG

2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla, qalan hissəsi ictimai nəqliyyat və mikromobilliklə ediləcək.

"Tvit.az" xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, məqsəd 300 milyon səfəri fərdi nəqliyyatdan ictimai nəqliyyata keçirməkdir.

“100 kilometrdən artıq velosiped yolları və rəqəmsal həllər tətbiq ediləcək. Səfər edənlərin adambaşına düşən illik CO₂ emissiyaları 600 kiloqramdan az olacaq”, - deyə AYNA sədri bildirib.