ATV-də yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb.
Efir zamanı müğənni Arzu Qarabağlının həmkarı olan həyat yoldaşı ilə aralarında soyuq rüzgarlar əsdiyi məlum olub.
Müğənninin könlünü almaq üçün efirə 3 minlik üzük və çiçək dəstəsi göndərən həyat yoldaşının hədiyyəsinə cavab olaraq o, "Könül qırmamaq lazım olduğunu və belə hədiyyələrin narazılıq olmayan vaxtlarda edilməsini" təqdirə layiq hesab etdiyini bildirib.