Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Sağimbayevi vəzifəsindən azad edib.
Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezidentin müvafiq fərmanı ilə MTK-nın yeni sədri vəzifəsinə komitə sədrinin sabiq müavini Marat İrmenov təyin olunub.
Kadr dəyişikliyinin səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, noyabrın 13-də Prezident Kasım-Jomart Tokayev Yermek Sağimbayevi qəbul edərək komitənin ilin əvvəlindən bəri fəaliyyəti və qarşıdakı planları barədə hesabatını dinləyib.
Görüşdə terrorizm, ekstremizm və korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.
Aysel Şirinova,
Tvit.az