Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
hadisə

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

09-11-2026 11:00 10 Baxış
IMG

Abşeron rayonunda kişi sevgilisini döyüb.

 

Tvit.az-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onlar sevgili olublar. Təxminən 6 ay sevgi münasibətində olan cütlük evlənmək qərarı versə də, bir yerdə yaşamaları mümkün olmayıb.

 

Bir neçə gün öncə xanım Fəridi evinə çağırıb və ondan maddi çətinliyi olduğu üçün pul istəyib. Fərid sevgilisinə 20 manat verib. Bundan sonra onların arasında mübahisə yaranıb və xanım iş tapacağını bildirib. Fərid onun işləməsinə etiraz edib və buna icazə verməyib. Qadın isə dolana bilmədiyi üçün işləməyə qərar verdiyini deyib. Nəticədə Fərid sevgilisini döyüb, ona bədən xəsarətləri yetirib.

 

Hadisə yerinə polis əməkdaşları gəlib, Fərid saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan, cinayət işinə xitam verilib.