Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Pekindən Bakıya mühüm mesaj: Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
siyasət

Pekindən Bakıya mühüm mesaj: Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

06-11-2026 11:00 16 Baxış
IMG

"Çin tərəfi Azərbaycanın Çinin fundamental maraqlarına toxunan məsələlərdə uzunmüddətli və qətiyyətli dəstəyinə görə minnətdarlığını bildirir. Ölkəmiz bundan sonra da Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü, eləcə də milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçmək hüququnu müdafiə etməsini dəstəkləyəcək".

 

Tvit.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey deyib.

 

Səfirlikdə düzənlənən brifinqdə diplomat bildirib ki, Qlobal Cənub ölkələri olan Çin və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı daxil olmaqla, çoxtərəfli platformalarda səmərəli qarşılıqlı fəaliyyət göstərir. Ölkələr həqiqi çoxtərəfliliyin təşviqinə və beynəlxalq ədalətin müdafiəsinə birgə töhfə verirlər:

 

"Çin tərəfi təşkilatın bu yaxınlarda keçirilən sammitinin yekunlarına əsasən, Azərbaycanın 2026-2028-ci illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik etməsini, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasını dəstəkləyir".