Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Aİ Ukraynaya vəsait ayıracaq - Məbləği açıqlandı
dünya

Aİ Ukraynaya vəsait ayıracaq - Məbləği açıqlandı

05-11-2026 15:00 13 Baxış
IMG

Avropa İttifaqı (Aİ) Ukraynaya dövlət büdcəsinin dəstəklənməsi və hərbi ehtiyacların qarşılanması məqsədilə əlavə 4,36 milyard avro maliyyə yardımı ayıracaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sosial media platforması X-də məlumat verib.

 

“Ukrayna müharibə şəraitində beşinci qışına qədəm qoyur. Ukrayna üçün ədalətli və davamlı sülhün əldə olunması istiqamətində səylər davam etdiyi bir vaxtda Avropa İttifaqının sarsılmaz dəstəyi qüvvədə qalır”, – deyə o bildirib.

 

Avropa Komissiyasının rəsmi saytında yayılan məlumata əsasən, yeni maliyyə yardımı Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kredit proqramı çərçivəsində ayrılır.

Vəsaitin 3,7 milyard avrosu makromaliyyə yardımına, 660 milyon avrosu isə müdafiə ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Qeyd edək ki, oktyabrın 16-da Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin 70 milyard avroluq büdcə kəsirinin maliyyələşdirilməsi üçün Avropa İttifaqından əlavə vəsait istəyib.