Çin hərbi təyyarələri Çinin suverenlik mübahisəsi olan Tayvan ətrafında 21 uçuş həyata keçirib.
Tvit.az xəbər verir ki, bu barədə Tayvan müdafiə nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi təyyarələr, o cümlədən reaktiv təyyarələr və helikopterlər dünəndən bu səhərə qədər Tayvan adası ətrafında 21 uçuş həyata keçirib.
Bəyanatda qeyd olunur ki, uçuşlardan 19-u Tayvan boğazındakı tərəflərin təsir dairələrini ayıran hesab edilən orta xətti keçib və Tayvanın "
hava hücumundan müdafiə zonası elan etdiyi ərazinin şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində həyata keçirilib.
Elmin Alışov