Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İranda silahlı qarşıdurma: Ölənlər var
dünya

İranda silahlı qarşıdurma: Ölənlər var

03-11-2026 11:00 18 Baxış
IMG

Ötən gecə Sistan və Bəluçistan əyalətinin Konərək şəhərinin Kəhir bölgəsində silahlı qarşıdurma baş verib.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Məlumata görə, SEPAH-ın Əfqanıstan vətəndaşlarından ibarət Fatemiyyun silahlı qruplaşmasının 7 üzvü öldürülüb. Bundan başqa, daha bir silahlı şəxsin güllələndiyi, onun cəsədinin isə SEPAH tərəfindən götürüldüyü bildirilir.


Eyni zamanda, naməlum silahlı şəxslərin hücumu nəticəsində iki SEPAH zabitinin də öldürüldüyü qeyd olunur. 


Elmin Alışov