Yenidən ombudsman seçilən Səbinə Əliyeva Milli Məclisdə and içib.
Tvit.az xəbər verir ki, o, vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyinə and içib.
S.Əliyeva ona göstərilən etimada görə təşəkkürünü bildirib.