Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrail və Qazaxıstan bu sahələr üzrə sazişlər imzaladı
dünya

İsrail və Qazaxıstan bu sahələr üzrə sazişlər imzaladı

02-11-2026 22:00 19 Baxış
IMG
İsrail və Qazaxıstan süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

İsrailə səfər edən Qazaxıstan nümayəndə heyətinin iştirakı ilə iki ölkənin Birgə İqtisadi Komissiyasının 10-cu iclası keçirilib. İsrail tərəfinə Knessetin deputatı, “Likud” fraksiyasının rəhbəri Elkin, Qazaxıstan tərəfinə isə baş nazirin müavini Madiev rəhbərlik edib. İclasda 12 dövlət qurumunun nümayəndələri iştirak ediblər.

Görüşün yekununda tərəflər ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş, süni intellekt, əmək münasibətləri və kibertəhlükəsizlik sahələrində əməkdaşlığa dair memorandumlar, eləcə də kosmik sahədə birgə bəyannamə imzalayıblar.

Bundan əlavə, su ehtiyatları üzrə birgə işçi qrupunun ilk iclası keçirilib.

Tərəflər enerji, kənd təsərrüfatı, su texnologiyaları, innovasiya və investisiya sahələrində də əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.