Avropa liderlərinin Rusiyanın Aİ-yə qarşı hücumu ilə bağlı ritorikası "vəziyyətin gərginləşməsi" və eskalasiyadır.
“Avropa dövlətləri hər yerdə Rusiyanın 2030-cu ildə və ya başqa bir ildə “mütləq Avropaya hücum edəcəyini” iddia edir və hədələyirlər. Bu gərginlik, əlbəttə ki, bütün beynəlxalq gündəliyə, insanların əhval-ruhiyyəsinə, qorxularına çox mənfi təsir göstərir. Bu, qəsdən edilir. Lakin demək olar ki, bütün Avropa ölkələrində ümumi bir qəzəb görürük - insanlar müharibəni qızışdırmağa, gərginliyi artırmağa yönəlmiş siyasətdən, təhsil əvəzinə vəsaitlərin Kiyevdəki nasist rejiminə köçürülməsindən və müdafiə xərclərini artırmaq üçün istifadə edilməsindən beziblər”, - deyə o qeyd edib.
Aysel Şirinova