Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Heydər Əliyevin sabiq mətbuat katibi vəzifəyə təyin olundu
sosial

Heydər Əliyevin sabiq mətbuat katibi vəzifəyə təyin olundu

22-10-2026 09:00 12 Baxış
IMG

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsinə Qahirə Müslüm qızı Hüseynova təyin olunub.

"Tvit.az" xəbər verir ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O həmçinin Ümummilli Lider Heydər Əliyevin mətbuat katibi olub.

Qahirə Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Həmçinin ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.