Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna Belarusla nüvə qəzası barədə məlumatlandırma sazişini ləğv edib
dünya

Ukrayna Belarusla nüvə qəzası barədə məlumatlandırma sazişini ləğv edib

18-09-2026 17:00 9 Baxış
IMG

Ukrayna Nazirlər Kabineti Belarus hökuməti ilə nüvə qəzası barədə təcili məlumatlandırma və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair sazişi ləğv edib.

 

Tvit.az xəbər verir ki, Ukrayna hökumətinin saytında dərc olunan qərara əsasən, 16 oktyabr 2001-ci ildə Kiyevdə imzalanmış saziş qüvvədən çıxarılıb.

 

Ukraynanın Baş naziri Sergey Koretski Xarici İşlər Nazirliyinə sazişin ləğvi barədə Belarus hökumətinə məlumat verməyi tapşırıb.

 

Qeyd olunur ki, Ukrayna hakimiyyəti daha əvvəl Rusiya, Belarus, Suriya və MDB çərçivəsində imzalanmış bir sıra sazişlərdən çıxdığını açıqlayıb.

 

Aysel Şirinova