Sosial şəbəkələrdə hicablı azyaşlının makiyajdan istifadə edərək məktəbə yollanması müzakirələrə səbəb olub.
"Tvit.az" xəbər verir ki, sözügedən görüntüləri "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
"Dırnaq+ makiyaj= təhsil. Mən demirəm, uşaq deyir... Uşaq həm də onu deyir ki, anam məni dəstəkləyir... Müəllim də yalan-palan danışır... Hicabı da bilərəkdən hörmətsiz etmirik,belə olmalıdır... Nə isə...", - deyə Ağazadə qeyd edib.