Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığa çağırıb
dünya

Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığa çağırıb

14-09-2026 14:00 21 Baxış
IMG

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi İran hakimiyyətini Tehranın nüvə proqramı ilə bağlı məsələləri aydınlaşdırmaq üçün təşkilatla əməkdaşlığı bərpa etməyə çağırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

"BAEA bir daha İranı, nüvə proqramı ilə bağlı məsələləri aydınlaşdırmaq üçün birgə işləməyə dəvət edir", - Qrossi Vyanada keçirilən 70-ci BAEA Baş Konfransının açılışında çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, Agentliklə dialoq bərpa olunmadan İslam Respublikası ilə münasibətlərdə heç bir proqnozlaşdırma, zəmanət və ya etimad ola bilməz. Lakin Qrossi əmin edib ki, MAQATE "İranın təhlükəsizlik narahatlıqlarına hörmətlə yanaşacaq" və ölkənin bu sahədə üzləşdiyi çətinlikləri nəzərə alacaq.

 

O, həmçinin İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığının təmin edilməsi və təsdiqlənməsi üzrə işlərin davam etdirilməli olduğunu vurğuladı. MAQATE rəhbəri bu məsələnin həlli perspektivləri ilə bağlı  nikbinliyini ifadə edib.