Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Elm və Təhsil Nazirliyi transformatorların təmirinə 1.2 milyon manat ayırıb
sosial

Elm və Təhsil Nazirliyi transformatorların təmirinə 1.2 milyon manat ayırıb

30-07-2026 10:00 8 Baxış
IMG

Elm və Təhsil Nazirliyinin Tikinti və Təchizat İdarəsi maşın və avadanlıqların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 213 min manat təşkil edib.

 

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində müxtəlif gücdə transformatorların və komplekt transformator məntəqələrinin (KTM) əsaslı təmiri nəzərdə tutulur. İşlərə sıradan çıxan hissələrin sökülməsi və dəyişdirilməsi, elektrik ötürücü xətlərinin yenilənməsi, transformatorların əsaslı təmiri və yenidən quraşdırılması daxildir.