Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman UEFA Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" sınağında
idman

UEFA Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" sınağında

30-07-2026 08:00 17 Baxış
IMG

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin təkrar görüşləri keçirilir.

 

Tvit.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə Bolqarıstanın "ÇSKA Sofiya" (Bolqarıstan) komandası ilə qarşılaşacaq.

 

Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Qeyd edək ki, Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb.

 

Xatırladaq ki, bu cütün qalibi Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) - "Makkabi Təl-Əviv" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.