Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial 8 qəsəbə və 4 kənddə qaz olmayacaq
sosial

8 qəsəbə və 4 kənddə qaz olmayacaq

29-07-2026 15:00 28 Baxış
IMG

Sabahdan Xırdalan şəhərinin bir hissəsində və bəzi qəsəbələrdə qazın verilişində fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

 

Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.