Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan güləşçisi dünya çempionatının finalında
idman

Azərbaycan güləşçisi dünya çempionatının finalında

27-07-2026 20:00 18 Baxış
IMG

Bakıda güləş üzrə U-17 dünya çempionatı keçirilir.

 

Tvit.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov yarışda finala yüksəlib.

 

80 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusu(4:2) məğlub edib.

 

Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə yarımfinalda uduzublar. Onlar sabah bürünc medal urunda görüşə çıxacaqlar.