Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Dünyada yanacaq tədarükü təşvişi - NEFT BAHALAŞDI
sosial

Dünyada yanacaq tədarükü təşvişi - NEFT BAHALAŞDI

22-07-2026 11:00 16 Baxış
IMG

Yaxın Şərqdən yanacaq tədarükündə ehtimal olunan yeni fasilələrlə bağlı yaranan narahatlıqlar səbəbindən qlobal bazarda neft bahalaşıb.

 

Tvit.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

 

Bakı vaxtı ilə saat 09:16-da Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.35 dollar (1.48%) artaraq bir barel üçün 92.36 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 1.79 dollar (2%) bahalaşaraq bir barel üçün 91.01 dollar təşkil etmişdi.

 

Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 1.14 dollar (1.35%) bahalaşaraq bir barel üçün 85.48 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.68 dollar (2%) artaraq bir barel üçün 84.91 dollara satılmışdı.