Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda nikah və boşanmaların sayı azalıb
sosial

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

21-07-2026 11:00 26 Baxış
IMG

Azərbaycanda bu ilin ilk beş ayında həm nikahların, həm də boşanmaların sayı azalıb.

 

Bu barədə Tvit.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında ölkədə 15 107 nikaha daxilolma, 8 087 boşanma halı qeydə alınıb.


Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4.7-dən 3.6-ya, boşanmaların sayı isə 2-dən 1.9-a enib.