Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Fransa millisinin müdafiəçisi Saliba DÇ-2026-da onurğa sınığı ilə oynayıb
idman

Fransa millisinin müdafiəçisi Saliba DÇ-2026-da onurğa sınığı ilə oynayıb

17-07-2026 09:00 10 Baxış
IMG

Fransa millisinin və Londonun "Arsenal" klubunun müdafiəçisi Uilyam Saliba 2026-cı ilin dünya çempionatını onurğa sınığı ilə keçirib.

 

Tvit.az-ın məlumatına görə, bu barədə "RMC Sport" xəbər verib.

 

Məlumata görə, 25 yaşlı futbolçu iki ay əvvəl İngiltərə çempionatında ağır zədə alıb. Buna baxmayaraq, dünya çempionatında iştirak edib, ağrıkəsicilərdən istifadə edib və gündəlik xüsusi müalicə alıb. Müdafiəçi Fransa yığmasının heç bir məşqində iştirak etməyib.

 

Saliba turnirdə beş matç keçirib. İspaniya ilə yarımfinal görüşündə (0:2) 30-cu dəqiqədə zədələndiyinə görə əvəzlənib.

 

"RMC Sport" qeyd edib ki, futbolçunun bərpa müddəti hələ məlum deyil. O, iyulun 15-də, çərşənbə günü tibbi müayinədən keçib, lakin əməliyyata ehtiyac məsələsi açıq qalır. Zədənin uzun bərpa müddəti tələb edəcəyi gözlənilir.