Qlobal bazarda neftin ucuzlaşması müşahidə edilir.
Tvit.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.34 dollar (0.44%) ucuzlaşaraq bir barel üçün 77.56 dollara satılıb.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.13 dollar (0.18%) azalaraq bir barel üçün 73.73 dollar olub.