Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ağdamda qazıntı zamanı insan skeletinə bənzər qalıqlar aşkarlandı
sosial

Ağdamda qazıntı zamanı insan skeletinə bənzər qalıqlar aşkarlandı

22-06-2026 20:00 29 Baxış
IMG

Ağdamda qazıntı zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb.

"Tvit.az" report-a istinadən xəbər verir ki, qalıqlar rayonun Baş Qərvənd kəndi ərazisində tapılıb.

Sümük qalıqları ərazidə aparılan qazıntı işləri zamanı aşkar edilib.

Faktla bağlı müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. İlkin məlumata görə, sümüklərin mənşəyinin və kimə aid olduğunun müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.

Hazırda araşdırmalar davam etdirilir.