Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək.
Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı məsələ Milli Məcisin bu gün keçirilən iclasında müzakirə edilən “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qanun layihəsi avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin etdilməsi məqsədilə hazırlanmışdır.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.