Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan Biznesinin İnkişafı Fondu 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə
sosial

Azərbaycan Biznesinin İnkişafı Fondu 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə

19-06-2026 15:00 42 Baxış
IMG

Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) Bakı Ekspo Mərkəzində keçirilən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin rəsmi tərəfdaşı qismində çıxış edir.

 

Tvit.az xəbər verir ki, ABDF-in stendində ziyarətçilərə Fondun təqdim etdiyi investisiya, güzəştli kredit, zəmanət və subsidiya mexanizmləri barədə məlumat verilir. Bundan əlavə, Fondun nümayəndələri sərgi çərçivəsində investorlar, dövlət və özəl sektor nümayəndələri ilə görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edir, müraciət mexanizmləri və mövcud dəstək alətləri ilə bağlı sualları cavablandırırlar.

 

17–20 iyun tarixlərində keçirilən sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə baş tutur. Tədbirdə tikinti, qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət iştirak edir.