Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda onlara vergi güzəştləri ediləcək
sosial

Azərbaycanda onlara vergi güzəştləri ediləcək

17-06-2026 14:00 25 Baxış
IMG

Rəqəmsal səyyahlara vergi güzəştləri ediləcək.

 

Tvit.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

 

Rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahlar tərəfindən xarici mənbələrdən əldə olunan xarici valyuta vəsaitlərinin (vergi öhdəliklərinin icrası şərtilə) müvəkkil banklardakı hesablarına mədaxili və Azərbaycan Respublikasından köçürülməsi zamanı valyuta tənzimi məqsədləri üçün məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.

 

“Banklar haqqında” qanuna təklif edilən dəyişikliyə görə, rəqəmsal səyyahlara müvəkkil banklarda hesablar yalnız şəxsiyyəti təsdiq edən sənəd və imza nümunəsi vərəqəsi əsasında açılacaq. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əqəmsal səyyahın xarici qeyri-rezident müəssisə ilə (və ya sahibkarla) bağladığı əmək və ya mülki-hüquqi müqavilələr əsasında Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyəti həmin qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyi hesab olunmur”.

 

Rəqəmsal səyyahın Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə çərçivəsində əldə etdikləri, habelə Azərbaycan Respublikası mənbəyindən olmayan gəlirləri (gəliri ödəyən qeyri-rezident şəxsin həmin şəxslə qarşılıqlı surətdə asılı olan şəxs olmaması, gəliri ödəyən qeyri-rezident şəxsin benefisiar mülkiyyətçiləri arasında Azərbaycan Respublikasının rezidentlərinin üstünlük təşkil etməməsi və güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatda olan şəxs olmaması şərtilə) rəqəmsal səyyah statusunun qüvvədə olduğu müddətdən etibarən 20 (iyirmi) il müddətinə gəlir vergisindən azad olunacaq.