Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
sosial

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

11-06-2026 12:00 15 Baxış
IMG

Bu ilin may ayında Azərbaycanda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki ayla müqayisədə 0.1 faiz azalıb. İllik müqayisədə isə bu kateqoriya üzrə qiymətlər 6.6 faiz artıb.


Tvit.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Məlumata görə, may ayında qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy lobya, süfrə çuğunduru, soğan, eləcə də qazlı və qazsız sular bahalaşıb.

 

Eyni zamanda təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartof ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.

 

Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri aylıq müqayisədə 0.1 faiz, illik müqayisədə isə 3.9 faiz artıb. Hesabat dövründə boya, plastik boru, yuyucu vasitələr və şəxsi gigiyena məhsulları bahalaşıb, zərgərlik məmulatlarının qiymətində isə azalma müşahidə olunub.

 

May ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0.2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5.7 faiz yüksəlib. Bu dövrdə beynəlxalq hava sərnişindaşıma xidmətləri bahalaşıb, digər xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6 faiz artıb. Bu göstərici qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.7 faiz, qeyri-qida məhsulları üzrə 3.7 faiz, ödənişli xidmətlər üzrə isə 5.7 faiz təşkil edib.

 

Ötən ilin may ayı ilə müqayisədə illik inflyasiya 5.6 faiz, aylıq inflyasiya isə 0.1 faiz olub.