BƏƏ Rusiya Federasiyasının Yaxın Şərqdəki əsas tərəfdaşlarından biridir və Moskva və Əbu-Dabi əməkdaşlığın bir sıra sahələrində yeni mərhələlərə çatır.
Tvit.az xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk BƏƏ-nin 53-cü Milli Günü münasibətilə keçirilən qəbulda deyib.
“Birləşmiş Ərəb Əmirlikləri Rusiyanın Yaxın Şərqdə və ümumiyyətlə, ticarət və investisiya, sənaye, kosmos, mədəniyyət, təhsil və turizm sahələrində müasir dünyada əsas tərəfdaşlarından biridir,- deyə o, bildirib.
O BƏƏ-nin Moskvadakı səfiri cənab Məhəmməd Əl-Caberin ikitərəfli əlaqələrin bütün spektrinin təşviqinə şəxsi töhfəsini xüsusilə qeyd edib:
"Birləşmiş Ərəb Əmirliklərini bayram münasibətilə təbrik edir, ölkənizə davamlı tərəqqi və firavanlıq arzulayır, Rusiya-Əmirlik münasibətləri isə iki dövlətimizin xalqlarının rifahı naminə bundan sonra da mütərəqqi şəkildə inkişaf edəcəkdir”, - deyə Baş nazirin müavini əlavə edib.
Aysel Şirinova