Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
sosial

Qarabağ Universitetinə 17 milyon pul ayrılıb

09-06-2026 11:00 45 Baxış
IMG

2025-ci ildə dövlət büdcəsindən Qarabağ Universitetinə 17 milyon manat məbləğində vəsait ayrılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilib. 

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

 

Qanun layihəsinə əsasən, ötən il "Azərbaycan-Türkiyə birgə Universiteti"nin fəaliyyətinin təmin edilməsi üçün isə büdcədən 3,7 milyon manat ayrılıb.