Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Şalva Papuaşvili: Azərbaycanla Ermənistan arasında sülh sazişinə gedən yol Gürcüstan üçün vacibdir
sosial

Şalva Papuaşvili: Azərbaycanla Ermənistan arasında sülh sazişinə gedən yol Gürcüstan üçün vacibdir

08-06-2026 13:00 39 Baxış
IMG

Regionda formalaşan yeni dinamika Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinə doğru irəliləyiş baxımından mühüm əhəmiyyət daşıyır.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Ermənistanda seçkilərdə Nikol Paşinyanın partiyasının qalib gəlməsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

 

O, qeyd edib ki, Gürcüstan üçün Cənubi Qafqazda sabitlik və əməkdaşlıq prioritet istiqamətlərdən biridir:

 

"Regionda mövcud olan yeni dinamika, Azərbaycanla Ermənistan arasında sülh sazişinə doğru yol, açıq sərhədlər və iki ölkə arasında davam edən dialoq Gürcüstan üçün vacibdir".

 

Ş.Papuaşvili əlavə edib ki, regionda sülh və sabitliyin təmin olunması bütün tərəflərin birgə məsuliyyətidir.

 

"Regionda sülh və sabitlik bizim üçün vacibdir. Nikol Paşinyanın vədi Ermənistan üçün sülh və sabitliyi təmin etmək idi ki, bu da nəticə etibarilə bütün region üçün sülh və sabitlik deməkdir. Bu, regiondakı hər bir ölkənin dövlətinə və xalqına fayda verəcək", - o qeyd edib.