Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial FHN üç binanın təmir və yenidənqurma işlərinə 3.5 milyon manat ayıracaq
sosial

FHN üç binanın təmir və yenidənqurma işlərinə 3.5 milyon manat ayıracaq

05-06-2026 16:00 15 Baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsi İdman-Sağlamlıq Klubu və Gəncə Regional Mərkəzində əsaslı təmir, həmçinin Mülki müdafiə qoşunlarının Lənkəran rayonunda yerləşən alayında yenidənqurma və bərpa işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

 

Tvit.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 3 milyon 539 min 898 manat təşkil edir.

 

Müvafiq sənədlərə əsasən, layihə çərçivəsində FHN-in İdman-Sağlamlıq Klubunda və Gəncə Regional Mərkəzində əsaslı təmir işlərinin, eləcə də Mülki müdafiə qoşunlarının Lənkəran rayonunda yerləşən alayında yenidənqurma və bərpa tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Texniki şərtlərə görə, işlərə mövcud konstruksiyaların sökülməsi, kərpic divarların hörülməsi, boşluqların açılması, suvaq işləri, səthlərin təmizlənməsi və digər tikinti-quraşdırma əməliyyatları daxildir.

 

Sənədlərdə qeyd olunur ki, layihə çərçivəsində müxtəlif həcmdə söküntü və hörgü işləri, yüzlərlə kvadratmetr sahədə suvaq qatlarının yenilənməsi, həmçinin inzibati və xidməti təyinatlı tikililərin bərpası üzrə genişmiqyaslı işlərin görülməsi planlaşdırılır.