Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Yollarda görünüş məsafəsi məhdudlaşacaq
sosial

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

04-06-2026 18:00 16 Baxış
IMG

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

"Tvit.az" bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iyunun 5-də gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq.

Gözlənilən hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı proqnozlaşdırılır. Belə ki, sabah dumana görə avtomobil magistral yollarında görünüş məsafəsi 500-1000metrədək məhdudlaşa bilər.