Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik
sosial

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

04-06-2026 17:00 20 Baxış
IMG

Rusiya yaxın gələcəkdə Azərbaycanla mədəni və humanitar əməkdaşlığın yenidən başlamasını zəruri hesab edir.

 

Tvit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

“Ümumilikdə, Moskva Azərbaycanla ikitərəfli münasibətlərin bütün spektrini ardıcıl olaraq inkişaf etdirməyi hədəfləyir. Bu, ölkələrimizin xalqlarının mənafeyinə uyğundur. Hazırkı fasilədən sonra yaxın gələcəkdə mədəni və humanitar sahədə tammiqyaslı əməkdaşlığın yenidən başlamasını zəruri hesab edirik”, - o bildirib.