Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Bayer 04" klubunun baş məşqçi postuna Karles Martines gətirilib
idman

"Bayer 04" klubunun baş məşqçi postuna Karles Martines gətirilib

04-06-2026 16:00 13 Baxış
IMG

Almaniyanın "Bayer 04" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Tvit.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Baş məşqçi postu "Tuluza"nın sabiq çalışdırıcısı Karles Martinesə həvalə olunub. 42 yaşlı ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

O, "Bayer 04"də 2025-ci ilin sentyabrından bu vəzifəni tutan danimarkalı Kasper Yulmannı əvəz edib.

 

Qeyd edək ki, Karles Martines 2023-cü ilin yayından "Tuluza"ya rəhbərlik edirdi. Komanda ötən mövsüm onun rəhbərliyi altında Fransa Liqa 1-i onuncu pillədə başa vurub. "Bayer 04" isə 2025/26 mövsümündə Almaniya Bundesliqasında altıncı olub.