Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
sosial

Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü

04-06-2026 09:00 12 Baxış
IMG

Bitkoinin dəyərində ciddi ucuzlaşma qeydə alınıb. Hazırda bu kriptovalyutanın qiyməti 62 min dollardan da aşağı səviyyədədir.

 

Tvit.az Oxu.az-a istinadla xəbər verir ki, bu rəqəmlər "Binans" birjasının göstəricilərində öz əksini tapıb.

 

Hərracların nəticələrinə əsasən, iyunun 4-ü cümə axşamına keçən gecə Bitkoinin qiyməti 61.4 min dollara qədər geriləyib.

 

Qeyd edək ki, bir ay bundan əvvəl onun dəyərində artım müşahidə edilirdi. Mayın 4-ü səhər saatlarında dünyanın ən populyar kriptovalyutasının məzənnəsi yanvar ayından bəri ilk dəfə olaraq 80 min dollarlıq psixoloji həddi keçmiş, ən yüksək nöqtədə isə onun qiyməti 80.2 min dollara çatmışdı.