Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Qatlanan "iPhone"da istiləşmə problemləri olmayacaq
digər

Qatlanan "iPhone"da istiləşmə problemləri olmayacaq

02-06-2026 23:00 8 Baxış
IMG

Əvvəlki illərdə olduğu kimi, Apple sentyabr ayında çoxdan gözlənilən iPhone təqdimat tədbirini keçirəcək. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu ilki təqdimatda tamamilə yeni bir məhsul - çoxdan gözlənilən qatlanan iPhone modeli rəsmi olaraq təqdim olunacaq.

 

İndiyə qədər qatlana bilən iPhone modeli ilə bağlı bir çox məlumatlar yayılıb. İndi isə daha biri əlavə edilib. Fixed Focus Digital-a görə, iPhone Ultra adlandırılması gözlənilən model, keçən il ilk dəfə görülən soyutma sistemindən istifadə edəcək. 

 

Məlumata görə, böyük ekranlı qatlana bilən iPhone Ultra buxar kameralı soyutma sisteminə malik olacaq və istehsal çətinliklərinə baxmayaraq sentyabr ayında satışa çıxarılacaq. Həmçinin bildirilir ki, buxar kamerası sistemi sayəsində telefonun istilik performansı "çox təsirli" olacaq və həddindən artıq istiləşmə problemlərini minimuma endirə biləcək.

 

Aysel Şirinova