Samuxda yas mərasimində kütləvi zəhərlənmə olub.
"Tvit.az" xəbər verir ki, hadisə rayonu Lək kəndində baş verib. Belə ki kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxslər kəndə yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Unikal