Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Mavriki Prezidenti İçərişəhərlə tanış olub
sosial

Mavriki Prezidenti İçərişəhərlə tanış olub

20-05-2026 11:00 84 Baxış
IMG

Mavriki Prezidenti Daramber Qoxul İçərişəhər ziyarət edib.

 

Bu barədə Tvit.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Mavriki nümayəndə heyəti Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

 

Qonaqlara İçərişəhərin UNESCO Dünya İrs Siyahısında tutduğu yer, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat verilib.

 

Xatırladaq ki, Mavriki Prezidenti Daramber Qoxul Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana səfərə gəlib.