Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman İngiltərə Premyer Liqasında bir ilk: Arteta adını tarixə qızıl hərflərlə yazdırdı
idman

İngiltərə Premyer Liqasında bir ilk: Arteta adını tarixə qızıl hərflərlə yazdırdı

20-05-2026 11:00 59 Baxış
IMG

Londonun "Arsenal" klubunun 44 yaşlı baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının (İPL) tarixinə düşüb.

 

Tvit.az xəbər verir ki, o, sabiq İPL oyunçusu kimi İngiltərə çempionu titulunu qazanan ilk baş məşqçi olub.

 

Xatırladaq ki, Arteta futbolçu karyerası ərzində İngiltərə Premyer Liqasında "Everton" (209 oyun) və "Arsenal"ın (150 görüş) formalarını geyinib.

 

Ötən gün Artetanın rəhbərlik etdiyi London təmsilçisi 2025/26 mövsümündə vaxtından əvvəl çempionluğu rəsmiləşdirərək 22 illik fasiləyə son qoyub.

 

"Arsenal" 82 xal toplayaraq İngiltərə çempionu adını qazanıb. Turnir cədvəlində ikinci yerdə qərarlaşan "Mançester Siti"nin isə 37 oyundan sonra 78 xalı var. Xosep Qvardiolanın komandası bu nəticə ilə çempionluq üçün bütün riyazi şanslarını itirib.