Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Doktoranturaya sənəd qəbulu BAŞLAYIR
sosial

Doktoranturaya sənəd qəbulu BAŞLAYIR

19-05-2026 10:00 110 Baxış
IMG

Mayın 19-u saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçiriləcək və iyunun 9-u saat 18:00-da yekunlaşacaq.

 

Bildirilib ki, sözügedən xidmət vasitəsilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmuş ali təhsil müəssisələrinə, eləcə də elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da "Şəxsi kabinet" vasitəsilə elektron formada müraciət edə biləcəklər.

 

Namizədlər həmçinin müraciətlərinin cari statusunu və növbəti mərhələləri sistem üzərindən izləmək imkanı əldə edəcəklər.

 

Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.