Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Mavriki prezidenti Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
sosial

Mavriki prezidenti Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

19-05-2026 09:00 104 Baxış
IMG

Mayın 19-da Mavriki Respublikasının Prezidenti Daramber Qoxul Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

Tvit.az AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.